Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ”ı təbrik edib.

Arena.az Prezidentin sosial şəbəkə hesablarında edilmiş müvafiq paylaşımı təqdim edir:

“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!

“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”

Xatırladaq ki, Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə 3:1 hesabıyla qalib gəldiyi Macarıstan çempionu “Ferentsvaroş”a Bakıda 2:3 hesabıyla uduzsa da, ümumi nəticədə (5:4) üstün olduğu üçün qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: