PSJ-də Florensi də koronavirusa yoluxdu

Fransanın PSJ klubunun futbolçusu Alessandro Florensi koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə italyan futbolçudan götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Florensi PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacağı ilk oyunu buraxacaq.

Xatırladaq ki, PSJ-də Florensidən öncə Marko Verrattinin də koronavirusa yoluxduğu açıqlanmışdı. Həm Florensi, həm də Verratti ötən ayın sonunda İtaliya yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarda iştirak edib. Onların məhz millinin düşərgəsindən qayıtdıqdan sonra verdikləri testlər pozitiv çıxıb.

Qeyd edək ki, aprelin 7-də keçiriləcək “Bavariya” – PSJ matçına saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: