Qətər – Azərbaycan matçının hakimləri açıqlandı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Qətər – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu matç Slovakiyadan olan hakimlər briqdasına həvalə olunub.

Qarşılaşmanın baş hakimi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək Qətər – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: