“Arsenal”ın 27 yaşlı braziliyalı mərkəz hücumçusu Qabriel Jezus cari mövsümdəki çıxışı haqda fikrini ifadə edib.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Jezusun bu barədə fikrini təqdim edir:
“Klubdakı hər kəs sizə hər gün necə işlədiyimi deyə bilər. Mən təslim olmuram.
Komandama kömək etmək üçün qol vurmağa davam etmək istəyirəm”, deyə Jezus vurğulayıb.
Qabriel Jezus “Palmeyras”ın yetirməsidir. Braziliyalı hücumçunun Avropa karyerası “Mançester Siti”də başlayıb. Qabriel Jezus “Arsenal”a 2022-ci ilin iyulunda 52,20 milyon avro məbləğ müqabilində elə, “şəhərlilər”in düşərgəsindən keçib.
“Qabbi”nin “topçular”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Jezus “topçular”ın heyətində bütün yarışlarda 24 oyuna 7 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Jezus “Arsenal”ın heyətində ümumilikdə 93 oyun keçirib, 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Qabriel Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 64 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


