Qabriel Jezus Qvardiolanı təqsirləndirdi, ağladı, küsüb getdi

London “Arsenal”ının braziliyalı hücumçusu Qabriel Jezus vaxtilə “Mançester Siti”dən ayrılmasının səbini açıqlayıb.

Arena.az ESPN-ə istinadən Jezusun bu xüsusda fikrini diqqətinizə çatdırır:

“PSJ ilə oyunda Qvardiola Zinçenkonu “geydirmə doqquzluq” mövqeyinə buraxdı. Çempionlar Liqası, PSJ, evdə… Sərsəmlik. Oyundan bir gün əvvəl məşqdə o, hətta Zinçenkonu oynatmadı, ancaq məni hücumçu mövqeyinə qoydu.

O, heyəti açıqlayandan sonra mən heç qidalana da bilmədim. Ayrıca otağa keçdim, ağladım, anama zəng vurub dedim: “Getmək istəyirəm. Mən evə gedirəm, çünki o, məni yox, onu oyuna qoydu”. O, oraya bir sol cinah müdafiəçisini qoydu. Mən sadəcə dəli oldum.
Mən isinmə məşqi etmədim. Bunu soyuqqanlılıqla etmədim, sadəcə orada dayandım. Özümü pis hiss edirdim. 0:0 oynadıq. İkinci hissənin başlamasından beşcə dəqiqə sonra Mbappe fərqləndi – 1:0. Qvardiola məni çağırdı.

Mən məhsuldar ötürmə verdim, qol vurdum, oyunu dəyişdik və 2:1 hesabı ilə qalib gəldik. Mən növbəti oyunda oynayacağımı düşünürdüm, amma bu da baş vermədi. Belə hallar çox olub, asan deyil. Bu, çox çətindir. Sonra mən qərara gəldim ki, daha “Mançester Siti”də qalmaq istəmirəm”.

Xatırladaq ki, Qabriel Jezus “Mançester Siti” karyerası ərzində 236 oyuna çıxıb, 95 qol vurub, 46 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Qabriel Jezusu 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: