Qadın futbolçuların duşda şəkillərini çəkməyə cəhd ediblər

İspaniyanın “Alsasua” klubunun qadın futbolçuları məşqdən sonra duş qəbul edərkən naməlum şəxslər onların şəkllərini çəkməyə çalışıblar.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hadisə cümə günü, fevralın 2-də baş verib. Məşqdən sonra qadın futbolçular paltardəyişmə otağına yollanıblar, bundan sonra duş qəbul etməyə hazırlaşıblar. Bir anda qızlar görüblər ki, pəncərənin yanında əllərində mobil telefon olan bir qrup şəxs duşa girərkən və ya duşdan çıxarkən onların şəklini çəkməyə çalışır.

Naməlum şəxsləri aşkar etmiş qadınlar axtarışa çıxıblar, amma onlar qara rəngli avtomobilə minərək aradan çıxıblar. “Alsasua” klubunun yerləşdiyi Navarra Muxtar Vilayətinin hüquq-mühafizə orqanları hadisə ilə bağlı məlumatlandırılıb. Onların axtarışı dvam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: