Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Qarabağ” komandası mükafatlandırılıb.
Arena.az xəbər verir ki, tədbir Premyer Liqanın 35-ci turunun bu gün keçirilmiş “Kəpəz”lə ev oyunundan (3:0) sonra “Azərsun Arena”da gerçəkləşib.
Əvvəlcə Ağdam təmsilçisinin oyunçularına medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.
Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və Ağdam klubunun prezidenti Tahir Gözəl təqdim ediblər.
Xatırladaq ki, “Qarabağ” cari mövsümün başa çatmasına bir tur qalmış 86 xalla turnir cədvəlinə başçılıq edir. Bu, Ağdam klubunun ardıcıl 4-cü, tarixində isə 12-ci ölkə çempionluğudur.


