“Qarabağ” AEK-ə, “Neftçi” “Beşiktaş”a rəqib ola bilər

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

Arena.az xəbər verir ki, “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) cütü İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində səpələnmişlər səbətində yer alacaq. Tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Artıq potensial rəqiblərin siyahısı da konkretləşib. Rəqib aşağıda göstərilmiş komandalardan biri olacaq:

“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi
“Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi
AEK (Yunanıstan)

Daha sonra, Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi “Rakuv” səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.

Bu püşkatma isə bir saat sonra start götürəcək. “Qarabağ” burada ÇL-in ikinci ikinci təsnifat mərhələsinin 4 cütünün məğlubundan biri ilə üz-üzə gələcək:

“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) cütünün məğlubu
“Aris” (Kipr) – BATE (Belarus) cütünün məğlubu
“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) cütünün məğlubu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) cütünün məğlubu

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.

Konfrans Liqasındakı təmsilçilərimizin də potensial rəqibləri azaldı

Bu gün həm də Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri müəyyənləşəcək. Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Püşkatma öncəsi potensial rəqiblərin siyahısı da konkretləşib:

“Sabah” – RFS cütünün qalibi 3-cü raundda bu komandalardan birinə rəqib olacaq:

“Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütünün qalibi
“Partizan” (Serbiya)
“Rapid”ə (Vyana, Avstriya)

“Neftçi” – “Jelezniçar” cütünün qalibini növbəti raundda bu komandalardan biri sınağa çəkəcək:

PAOK (Yunanıstan) – “Beytar” (İsrail) cütünün qalibi
“Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün qalibi
“Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütütünün qalibi
“Alkmaar” (Niderland)

“Qəbələ” – “Omoniya” cütünün qalibinin potensial rəqiblərinin siyahısı isə belədir:

“Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva) cütünün qalibi
“Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)

Konfrans Liqasında 3-cü raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: