“Qarabağ” Avropa Liqasında 2-ci səbətdə yer aldı

Futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə vəsiqə qazanmış komandaların səbətləri müəyyənləşib.

Arena.az xəbər verir ki, qrup mərhələsinin püşkatma mərasimi öncəsi 32 iştirakçı hərəsində 8 komanda olan 4 səbətə bölünüb.

Azərbaycanı Avroliqada təmsil edən ölkə çempionu “Qarabağ” 2-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, təmsilçimizə 1, 3 və 4-cü səbətdə yer almış komandalar rəqib ola biləcəklər.

Səbətlərin tərkibi belədir:

1-ci səbət
“Vest Hem” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Roma” (İtaliya)
“Ayaks” (Niderland)
“Vilyarreal” (İspaniya)
“Bayer” (Almaniya)
“Atalanta” (İtaliya)
“Reyncers” (Şotlandiya)

2-ci səbət
“Sportinq” (Portuqaliya)
“Slaviya” (Praqa, Çexiya)
“Renn” (Fransa)
“Olimpiakos” (Yunanıstan)
“Betis” (İspaniya)
LASK (Avstriya)
“Olimpik” (Marsel, Fransa)
“Qarabağ” (Azərbaycan)

3-cü səbət
“Molde” (Norveç)
“Brayton” (İngiltərə)
“Şerif” (Moldova)
“Yunion” (Belçika)
“Frayburq” (Almaniya)
“Sparta” (Praqa, Çexiya)
“Makkabi” (Hayfa, İsrail)
“Şturm” (Avstriya)

4-cü səbət
“Tuluza” (Fransa)
AEK (Afina, Yunanıstan)
“Baçka Topola” (Serbiya)
“Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan)
“Rakuv” (Polşa)
“Aris” (Limassol, Kipr)
“Haken” (İsveç)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün – sentyabrın 1-də Monako şəhərində keçiriləcək. Tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Sonda onu da xatırladaq ki, Avroliqada qrup mərhələsinin oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

1-ci tur – 21 sentyabr
2-ci tur – 5 oktyabr
3-cü tur – 26 oktyabr
4-cü tur – 9 noyabr
5-ci tur – 30 noyabr
6-cı tur – 14 dekabr

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: