“Qarabağ” – HJK: Start heyətlər açıqlandı

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” – HJK oyununun start heyətləri açıqlanıb.

Arena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyun saat 20:00-da başlayacaq.

Azərbaycan və Finlandiya təmsilçiləri arasındakı cavab görüşü isə bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, “Qarabağ” – HJK cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Bu dueldən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ramin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

HJK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho (k), 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Pyuryu Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka.
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Maenpaa, 2. Tuomas Ollila, 3. Nikolas Hamalaynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Roqiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay.
Baş məşqçi: Toni Korkeakunnas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: