“Qarabağ” “Kopenhagen”lə oyuna görə azarkeşlərə müraciət etdi

“Qarabağ” “Kopenhagen”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Ağdam klubu azarkeşləri stadiona erkən gəlməyə çağırıb:

“Komandamızın “Kopenhagen”lə matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq. Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq”.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: