“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan derbisinin biletləri bu gündən iticket.az-da satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Xatırladaq ki, “Qarabağ” – “Neftçi” oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: