Sonuncu ölkə çempionu “Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/024 mövsümündə 50-ci qolunu vurub.
Arena.az xəbər verir ki, bu, 20-ci turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib.
Ağdam klubunun yubiley qoluna Toral Bayramov imza atıb.
“Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur.
Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub. Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. İndiyədək 17 klub belə məhsuldarlıq göstərib:
“Qarabağ” – 15
“Neftçi” – 14
“Kəpəz” – 7
“Şamaxı” – 4
“Bakı”, “Turan”, “Şəmkir” – 3
“Karvan”, “Xəzər” (Sumqayıt), “Xəzər Lənkəran” – 2
“Şüvəlan”, “Azəri”, “İnşaatçı” (Beyləqan), “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” – 1.
Premyer Liqanın 2023/2024 mövsümündə 47 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi keçirdiyi 20 oyunda 15 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Qurban Qurbanovun komandası rəqib qapılarından 50 top keçirdiyi halda, özü 16 qol buraxıb.


