“Qarabağ” “Olimpiya” ilə oyun üçün azarkeşlərə müraciət etdi

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirəcəyi səfər oyunu ərəfəsində azarkeşlərə müraciət edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Lyublyanada baş tutacaq qarşılaşma üçün qonaq komandaya 802 ədəd bilet ayrıldığını açıqlayıb.

Azərbaycan çempionunu “Stojitse” stadionunda dəstəkləmək istəyən fanatlar oyun günü yerli vaxtla saat 18:00-dan (Bakı vaxtı ilə saat 20:00) etibarən qarşılaşmanın keçiriləcəyi arenada S30 və S31 sektorlarının yaxınlığında biletləri ala bilərlər. Biletlərin qiyməti 25 avrodur. Satışı meydan sahibi olan Sloveniya çempionu həyata keçirir.

Xatırladaq ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə ayın 31-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin oyuna da saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: