Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Olimpiya” oyununun biletləri avqustun 23-də iticket.az-da satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Sloveniya çempionu ilə cavab qarşılaşmasının biletləri sabah saat 11:00-dan etibarən satışda olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Biletlərin satış məntəqələri də məlumdur:
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)
– “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu
– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Xatırladaq ki, avqustun 31-də baş tutacaq “Qarabağ” – “Olimpiya” oyununa saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun isə ayın 24-də Lyublyanada keçiriləcək.


