“Qarabağ” rəsmisi Romada UEFA-nın konfransında iştirak edib

İtaliyanın paytaxtı Roma şəhərində UEFA-nın illik təhlükəsizlik konfransı (UEFA Safety & Security Conference) keçirilib.

Arena.az xəbər verir ki, tədbirdə “Qarabağ” Futbol Klubunu PR & marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov təmsil edib.

Toplantıya AFFA-nın əməkdaşı Vasif Mahmudov da qatılıb.

Konfransda Avropa Liqasının qrup mərhələsinin oyunları zamanı meydan sahibi və qonaq komanda azarkeşlərinin təhlükəsizliyi müzakirə olunub. Tədbir iştirakçıları digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: