“Qarabağ” – “Sumqayıt” matçının da vaxtı bilindi

2021/22 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt” yoxlama oyununda qüvvəsini sınayacaq. Arena.az xəbər verir ki, sözügedən komanda “Qarabağ”la qarşılaşacaq.

İyunun 30-da “Azersun Arena”da keçiriləcək qarşılaşmaya 18:30-da start veriləcək. Bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ” iyunun 26-da eyni məkanda “Keşlə” ilə də yoxlama oyunu keçirəcək. Həmin oyuna isə saat 18:00-da start veriləcək.