Yeni mövsümə hazırlığı davam etdirən “Qarabağ” bu gün daha bir yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la qarşılaşıb.
“Azərsun Arena”da keçirilən oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Ağdam klubu 4 qolun qeydə alındığı matçdan 3:1 hesabıyla qalib ayrılıb.
Qeyd edək ki, “Sumqayıt” üçün bu, yeni mövsümə hazırlıq çərçivəsində ilk sınaq matçı idi. “Qarabağ” isə bundan əvvəlki yoxlama oyununda “Keşlə”ni darmadağın etmişdi – 7:0.
Yoxlama oyunu
30 iyun
Qarabağ – Sumqayıt 3:1
Qol: İsmayıl İbrahimli, 25. Seyhan Fərəcov, 55. Filip Ozobiç, 86 – Rəhim Sadıxov, 40.


