Futbol üzrə Azərbaycan çempionu, tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” UEFA reytinqində irəliləyib.
Arena.az xəbər verir ki, buna Azərbaycan çempionunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç təmsilçisi “Hakken” üzərində Bakıda 2:1 hesablı qələbəsi səbəb olub.
Ağdam klubu son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda 59-cu pilləyə yüksəlib. Ağdamlılar İtaliyanın “Fiorentina” klubu ilə birlikdə bu mövqeni bölüşdürürlər.
Qurban Qurbanovun yetirmələrinin hesabında 31.000 xal var. Təmsilçimiz bunun 9.000-nı cari mövsümdə əldə edib. “Qarabağ” reytinqdə “Monako” (Fransa), “Lester Siti”, “Aston Villa”, “Nyukasl” (hamısı İngiltərə), “Volfsburq”, Mönxenqladbax “Borussiya”sı (hər ikisi Almaniya), “Valensiya” (İspaniya) kimi tanınmış klubları qabaqlayır.
Azərbaycanın digər təmsilçilərindən “Neftçi” (10,000 xal) 143-cü, “Qəbələ” (4,500 xal) 275-cidir. Eyni (3,825) xala malik “Sabah”, “Zİrə”, “Keşlə”, “Sumqayıt” və “Səbail” isə 317-ci pilləyə şərikdirlər.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (141.000) başçılıq edir. Almaniyanın “Bayern” klubu 136.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (123.000) qapayıb.
UEFA reytinqinin ilk 30 pilləsində qərarlaşmış komandalar bunlardır:
- Mançester Siti (İngiltərə) – 141,000
- Bayern (Almaniya) – 136,000
- Real (İspaniya) – 123,000
- PSJ (Fransa) – 108,000
- Liverpul (İngiltərə) – 107,000
- İnter (İtaliya) – 99,000
- Leypsiq (Almaniya) – 96,000
- Çelsi (İngiltərə) – 96,000
- Mançester Yunayted (İngiltərə) – 92,000
- Roma (İtaliya) – 91,000
- Borussiya (Dortmund, Almaniya) – 85,000
- Barselona (İspaniya) – 85,000
- Atletiko (Madrid, İspaniya) – 84,000
- Sevilya (İspaniya) – 84,000
- Vilyarreal (İspaniya) – 80,000
- Yuventus (İtaliya) – 80,000
- Napoli (İtaliya) – 79,000
- Bayer (Almaniya) – 78,000
- Portu (Portuqaliya) – 75,000
- Benfika (Portuqaliya) – 75,000
- Arsenal (İngiltərə) – 68,000
- Atalanta (İtaliya) – 68,000
- Ayaks (Niderland) – 66,000
- Vest Hem (İngiltərə) – 65,000
- Şaxtyor (Donetsk, Ukrayna) – 63,000
- Reyncers (Şotlandiya) – 62,000
- Ayntraxt (Almaniya) – 60,000
- Feyenoord (Niderland) – 57,000
- Brügge (Belçika) – 56,000
- Tottenhem (İngiltərə) – 54,000


