“Qarabağ” – “Turan Tovuz” 0:1 – Video

Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Suraxanıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
4-cü tur
24 avqust

“Qarabağ” – “Turan Tovuz” 0:1
Qol: Oto Con, 18-pen.
Qolla nəticələnməyən penalti: Oto Con, 90+4 (kənara).
Sarı vərəqələr: Yassin Benzya, 19 (hakimin qərarına etiraz). Riçard Almeyda, 20 (hakimin qərarına etiraz). Kevin Medina, 89 (qeyri-idman hərəkəti) – Roderik Miller, 5 (qeyri-idman hərəkəti); Alexandro Serrano, 15 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:15. “Azərsun Arena”, 2000 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Teymur Teymurov.
Dördüncü hakim: Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qarabağ: 99. Mateuş Koxalski, 20. Riçard Almeyda (6. Julio Romao, 46), 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov (22. Musa Qurbanlı, 78), 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta (10. Abdullah Zubir, 65), 19. Redon Cica (18. Olavio Juninyo, 65), 15. Leandro Andrade (7. Yassin Benzya, 65).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 2. Mateus Silva, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov (33. Eltun Turabov, 78), 8. Tural Bayramlı (13. Fərid Yusifli, 46), 88. Faiq Hacıyev (7. İsmayıl Zülfüqarlı, 78), 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Oto Con, 21. Aleks Souza (11. Ayxan Hüseynov, 66).
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev.
Baş məşqçi: Kurban Berdiyev.

Xəbəri sosial şəbəkələrdə paylaş: