Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.
Arena.az xəbər verir ki, “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) cütü İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində səpələnmişlər səbətində yer alacaq.
Tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Daha sonra, Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi “Rakuv” səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.
Bu püşkatma isə bir saat sonra start götürəcək. “Qarabağ” burada ÇL-in ikinci ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə üz-üzə gələcək.
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)
“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka)
“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə)
“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)
“Molde” (Norveç) – HJK (Finlandiya)
Səpələnməmişlər
“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Lyublyana, Sloveniya)
“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)
“Aris” (Kipr) – BATE (Belarus)
“Sparta” (Praqa, Çexiya)
AEK (Yunanıstan)
“Klaksvik” (Farer adaları) – “Haken” (İsveç)
Liqa yolu
Səpələnmişlər
“Reyncers” (Şotlandiya)
“Braqa” (Portuqaliya)
PSV (Niderland)
“Olimpik” (Marsel, Fransa)
Səpələnməmişlər
“Servett” (İsveçrə) – “Genk” (Belçika)
“Şturm” (Avstriya)
“Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)
TSÇ (Serbiya)
Bu gün həm də Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri müəyyənləşəcək. Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aroka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.
Əsas yolda 27, Çempionlar yolunda isə 5 cütlük bəlli olacaq.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 3-cü raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək. Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin oyunları yuxarıda qeyd olunan tarixlərə təsadüf edəcək. Çempionlar Liqasında isə 3-cü raundun ilk oyunları 8-9 avqustda, cavab görüşləri 15 avqustda baş tutacaq.


