Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” bu gün sözügedən turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya təmsilçiləri arasındakı cavab qarşılaşması Reykyavik şəhərində baş tutub.
Ağdam təmsilçisi İslandiya klubuna qarşı ilk oyununu iyulun 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmiş və 3:0 hesablı qələbəyə sevinmişdi. Ağdam klubu bu uğurun davamını səfərdə gətirməyə çalışıb. Bu komandaların cavab görüşünü çexiyalı hakimlər idarə ediblər. Matçın baş hakimi Marek Radina olub. Rəqibini səfərdə də 3 cavabsız qolla yenən təmsilçimiz adını növbəti mərhələyə yazdırıb.
“Qarabağ” növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. Sözügedən komanda “Derri Siti” (İrlandiya) səddini keçməklə buna nail olub.
Avroliqada 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
17 iyul
Vestri – Qarabağ 0:3
Qollar: Jali Muaddib, 5. Pedro Bikalyo, 29. Zəkəriyyə Savo, 56.
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Katalik, Daniel Vokoun (Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.
Vestri: 1. Marvin Steynarsson, 3. Edson, 7. Yakob Stensson, 11. Yohannes Selven, 13. Albert Yohansson, 14. Birkir Eydal, 18. Marino Haqbardsson, 19. Emmanuel Dua, 22. Elmar Qardarsson (k), 45. Qudmundur Eynarsson, 77. Serin Foll.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 4. Fatai Qbadamosi, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 23. Breki Hermansson, 27. Albin Mörfelt, 29. Konstantin Çeşmedyev.
Baş məşqçi: Daniel Osafo-Badu.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.


