“Qarabağ” “Zirə”yə sınaq matçında 4 cavabsız qol vurdu

2023/2024 mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “Qarabağ” və “Zirə” komandaları bu gün yoxlama oyunu keçiriblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar Ağdam klubunun ev oyunlarını keçirdiyi “Azərsun Arena”da üz-üzə gəliblər.

Bu, hər iki komandanın qış fasiləsində ikinci sınaq matçı olub. Ağdam təmsilçisi daha öncə öz əvəzediciləri ilə qarşılaşmış və 7:2 hesablı qələbəyə sevinmişdi. “Zirə” isə “Araz-Naxçıvan”la üz-üzə gəlmiş və 2:1 hesabıyla qalib gəlmişdi.

“Qarabağ” dörd hissə (45+25+45+25) davam edən oyuna bu heyətlə çıxıb: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).

Zirəlilər isə bu heyətlə mübarizə aparıblar: 97. Tyaqo Silva, 4. Ruan Renato, 5. Stefan Akka, 10. Rəhim Sadıxov, 15. Pyer Zebli, 19. Salifu Suma, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla.
Oyuna sonradan girənlər: 41. Anar Nəzirov, 6. Eldar Quliyev, 8. İlkin Muradov, 9. Vladislav Kulaç, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 52. Emil Bayramov, 64. Mahmud Ağayev, 66. Pərviz Azadov, 77. Məqsəd İsayev, 87. İlqar Əhmədov.

Qarşılaşmaya gəlincə, son Azərbaycan çempionu, cari mövsümün də lideri olan Ağdam klubu yekunda darmadağına sevinib. Qurban Qurbanovun çalışdırdığı komanda 4 cavabsız qolla qalib gəlib. Meydan sahiblərinin heyətində Leandro Andrade, Riçard Almeyda, Redon Cica və Nəriman Axundzadə fərqləniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: