Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq. UEFA Çempionlar Liqasında mübarizəni dayandırandan sonra Avroliqaya yuvarlanan Ağdam klubu bu turnirin 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası bu rəqibini mübarizədən kənarlaşdırsa, növbəti raundda hansı komanda ilə qarşılaşacağını məhz bu gün öyrənəcək.
Xatırladaq ki, Avroliqanın pley-off mərhələsində 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək.
Avropa Liqasında pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
1-ci qrup
“Ayaks” (Niderland)
LASK (Avstriya)
“Aberdin” (Şotlandiya)
“Çukariçki” (Serbiya)
“Zarya” (Luqansk, Ukrayna)
“Yunion” (Belçika)
2-ci qrup
“Rakuv” (Polşa) – “Aris” (Limasol, Kipr) cütünün məğlubu
“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) cütünün məğlubu
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu
“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu
“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) cütünün məğlubu
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) cütünün məğlubu
3-cü qrup
“Jalgiris” (Litva) – “Haken” (İsveç) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya) cütünün qalibi
“Şerif” (Moldova) – BATE (Belarus) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi
4-cü qrup
“Luqano” (İsveçrə)
“Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün qalibi
“Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün qalibi


