Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunmuş püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.
32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.
Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşib. H qrupunda yer alan təmsilçimiz “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken”ə (İsveç) rəqib olub.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. Qrup mərhələsinin son turunun oyunları isə dekabrın 14-də baş tutacaq. Qrup mərhələsinin təqvimi bir qədər sonra müəyyənləşəcək.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu
“Vest Hem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Frayburq” (Almaniya)
“Baçka Topola” (Serbiya)
B qrupu
“Ayaks” (Niderland)
“Olimpik” (Marsel, Fransa)
“Brayton” (İngiltərə)
AEK (Afina, Yunanıstan)
C qrupu
“Reyncers” (Şotlandiya)
“Betis” (İspaniya)
“Sparta” (Praqa, Çexiya)
“Aris” (Kipr)
D qrupu
“Atalanta” (İtaliya)
“Sportinq” (Portuqaliya)
“Şturm” (Avstriya)
“Rakuv” (Polşa)
E qrupu
“Liverpul” (İngiltərə)
LASK (Avstriya)
“Yunion” (Belçika)
“Tuluza” (Fransa)
F qrupu
“Vilyarreal” (İspaniya)
“Renn” (Fransa)
“Makkabi” (Hayfa, İsrail)
“Panatinaikos” (Yunanıstan)
G qrupu
“Roma” (İtaliya)
“Slaviya” (Çexiya)
“Şerif” (Moldova)
“Servett” (İsveçrə)
H qrupu
“Bayer” (Almaniya)
“Qarabağ” (Azərbaycan)
“Molde” (Norveç)
“Haken” (İsveç)
Sonda onu da xatırladaq ki, Avroliqada qrup mərhələsinin oyunları aşağıdakı tarixlərdə keçiriləcək:
1-ci tur – 21 sentyabr
2-ci tur – 5 oktyabr
3-cü tur – 26 oktyabr
4-cü tur – 9 noyabr
5-ci tur – 30 noyabr
6-cı tur – 14 dekabr


