Quliyev: “Ardıcıl məğlubiyyətlərə görə futbolçularda özünəinam azalır”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Danışılası çox şey yoxdur. Məğlub olduq. Buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik.

Komandamda istəksizlik yoxdur. Sadəcə, ardıcıl məğlubiyyətlər və 3 oyuna qol vura bilməməyimiz inamsızlıq yaradır. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır. İndi bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Yenə deyirəm, bir az vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Oyunlara baxıb təhlil edəcəyik. Düzdür, məğlubiyyətlər heç kimə xoş deyil, amma ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: