“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in artıq İngiltərə Premyer Liqasını qazanmaq imkanının olmadığını bildirib.
Arena.az ESPN şəbəkəsinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz 90 dəqiqə ərzində yüksək səviyyədə tab gətirə bilmirik və bu gün bunu bir daha sübut etdik (“Lester Siti” ilə oyundakı 2:0 hesablı səfər qələbəsinə rəğmən – redaktorun qeydi). İndi nəticə əldə etməklə başlarımızı təmizləyə bilərik. Biz Premyer Liqanın qalibi olmaqdan çox uzaqdayıq. Bilirik ki, bizim artıq bu imkanımız yoxdur, amma başqa məqsədlərimiz var. İngiltərə Kuboku, mövsümü ilk dördlükdə bitirmək, oyunlarda qalib gəlmək isə kömək edir”, deyə Qvardiola vurğulayıb.
19 oyundan 31 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.