Qvardiola: “Mançester Yunayted güclüdür, dəfn etməyin”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 27-ci turunda baş tutacaq Mançester derbisindən danışıb.

Arena.az məlumat verir ki, “şəhərlilər” bu gün, Bakı vaxtı ilə 19:30-da “Mançester Yunayted”i qonaq edəcəklər.

“Ötən mövsüm “Mançester Yunayted” “Liverpul”a 0:7 hesabı ilə uduzduqdan sonra nə baş verdiyini xatırlayırsınız? Bu mövsüm oyundan əvvəl hamı soruşurdu: “Neçə qol buraxacaqlar?”, hamı “Yunayted”i dəfn edir, “Liverpul” üçün isə asan olacağını deyirdi. Nəticəsi isə nədir? “Liverpul” qalib gələ bilmədi (söhbət cari mövsümdə Premyer Liqanın 17-ci turunun 0:0 hesabı ilə başa çatmış oyunundan gedir – redaktorun qeydi). “Yunayted” “Yunayted”dir”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, birinci dövrədə keçirilmiş ilk oyunda “Mançester Siti” “qırmızı şeytanlar”ı “Old Trafford”da 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: