İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ispan qadın futbolçu Aytana Bonmati haqda danışıb.
Arena.az “Goal.com” portalına istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Futbolçu Aytana Bonmatiyə oyunu müqabilində tamamilə aşiq oldum. Deyərdim ki, o, “Barselona”da oynamış İnyestaya bənzəyir. Hazırkı “Barselona” komandası qadın futbol komandasına inanılmaz təsir bağışlayıb.
Əlbəttə, mənim “Barselona”da çoxları ilə əlaqələrim var, bunun mənim üçün nə demək olduğunu bilirsiniz. Amma eyni zamanda, İngiltərədə mən burada, “Mançester Siti”də oynayan bir neçə qızı tanıyıram və onlar da finaldadırlar”, deyə Xosep Qvardiola bildirib.
Bu gün, avqustun 20-də qadınlar arasında 2023-cü il dünya çempionatının finalında İspaniya və İngiltərə yığmaları qarşılaşacaq.









