Rəşid Məmmədəliyev qran-pridə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində təşkil olunmuş qran-pridə gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançımız finalda Moldova təmsilçisi Adil Osmanova uduzub.

Rəşid Məmmədəliyev ilə yanaşı, bu gün Aytac Qardaşxanlı (63 kq) da bu yarışda qüvvəsini sınayıb. Amma o, qran-pridə mükafat əldə edə bilməyib.

Xatırladaq ki, ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) da turniri medalsız başa vurmuşdular.

Martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir. Azərbaycan yığması üç günlük bu yarışa cəmi 5 cüdoçu ilə qatılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: