Rafik Belqali “Verona”da

Belçikanın “Mexelen” klubunun əlcəzairli sağ cinah müdafiəçisi Rafik Belqali bundan sonra “Verona”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi bu transferi 2 milyon avroya rəsmiləşdirib. 23 yaşlı müdafiəçi ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Rafik Belqali “Sent Trüden” klubunun yetirməsidir. O, PSV və “Lommel” kimi klubların gənclərdən ibarət komandalarında da oynayıb. “Mexelen” Belqalini 2023-cü ilin yayında 400 min avro müqabilində heyətinə qatmışdı.

Belqali peşəkar futbolçu karyerası ərzində 98 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Əlcəzairin U-23 yığmasında oynamış futbolçuya hələ əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: