“Araz-Naxçıvan”ın mərkəz müdafiəçisi Rahil Məmmədov futbol üzrə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, yığmamızın heyətində dəyişiklik baş verib. Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyundan öncəki son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə milliyə başqa futbolçu dəvət edilməyib.
Qeyd edək ki, Ukrayna – Azərbaycan matçı bu gün Polşanın Krakov şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Qeyd edək ki, millimizdə bu matçdan öncə daha bir neçə itki var. Baş məşqçi Ayxan Abbasov ötən gün baş tutmuş mətbuat konfransında İsmayıl İbrahimli, Renat Dadaşov və Ceyhun Nuriyevin də bu oyunda iştirak edə bilməcəyəcəyini açıqlamışdı.


