Ramin Quliyev “Sabah”dan getdi

“Sabah” baş məşqçisi Ramin Quliyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi sayı məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Ramin Quliyevə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Ramin Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Sözügedən kollektiv bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda cəmi 1 xal qazanıb və sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: