Raul Qarsiya “Atletik”lə yeni müqavilə imzaladı

İspaniyanın “Atletik” klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Əvvəlki anlaşmanın müddəti bu ilin yayında başa çatacaqdı.

Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 27 oyunda 7 qola imza atıb.

Xatırladaq ki, Raul ötən ay La Liqada yeni rekorda imza atıb. İspan futbolçu 21-ci əsrdə Primeroda 100 qol vuran ilk yarımmüdafiəçi olub.

Qarsiya buna 20-ci tur çərçivəsində keçirilən “Xetafe” ilə oyunda nail olub. Belə ki, təcrübəli futbolçu 5:1 hesabı ilə qalib gəldikləri bu görüşdə dubla imza atıb.

Raul Qarsiya hazırkı komandasında 55, “Atletiko”da 26, “Osasuna”da isə 20 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: