“Real” “Barselona”nı məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Atletik” – “Alaves” matçında qapılara qol vurulmayıb. “Xetafe” evdə “Kadis”ə, “Eybar” isə “Levante”yə uduzub.

Turun mərkəzi görüşündə “Real” “Alfredo di Stefano” stadionunda “Barselona”nı qəbul edib. La Liqada mövsümün son “el klasiko”nu Xesus Gil Mansano idarə edib. Bu oyundan öncə “Real” 63 xalla 3-cü, “Barselona” isə 65 xalla 2-ci sıradaydı. Üç qolun qeydə alındığı derbi madridlilərin qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası
30-cu tur
9 aprel

Hueska – Elçe 3:1
Qol: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.

10 aprel

Xetafe – Kadis 0:1
Qol: Kopovi, 64-öz qapısına.


Atletik – Alaves 0:0


Eybar – Levante 0:1
Qol: De Frutos, 45+2.


Real – Barselona 2:1
Qol: Benzema, 13. Kroos, 28 – Minqesa, 60.

11 aprel

16:00 Vilyarreal – Osasuna
18:16 Valensiya – Real Sosyedad
20:30 Valyadolid – Qranada
23:00 Betis – Atleiko

12 aprel

23:00 Selta – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: