Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 11-ci turu çərçivəsində “Maritimo” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 4:2 hesablı qələbəyə sevinib.
Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tondela” 11 turdan sonra 12 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


