Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 14-cü turu çərçivəsində “Vitoriya Gimaraynş” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb və 2:5 hesabıyla məğlub olub.
Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tondela” 14 turdan sonra 12 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


