Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 4-cü turu çərçivəsində “Benfika” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Tondela” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat qarşılaşmanın 77-ci dəqiqəsində meydana buraxılıb.
“Tondela” 4 turdan sonra 3 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


