Renat Dadaşov oynadı, “Tondela” səfərdən xalsız döndü

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 2-ci turu çərçivəsində “Vizela” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Tondela” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat qarşılaşmanın 79-cu dəqiqəsində meydana buraxılıb.

“Tondela” iki turdan sonra 3 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: