Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Mafra” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Qarşılaşma “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
Bu komandalar arasındakı cavab qarşılaşması aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


