Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 26-cı turu çərçivəsində “Portu” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşma “Portu”nun 4:0 hesablı qələbəsiylə başa çatıb. Renat bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
“Tondela” 26 turdan sonra 21 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


