Renat Dadaşov qol vurdu, “Tondela” yarımfinala çıxdı

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Rio Ave” ilə görüşün iştirakçısı olub.

“Tondela” bu komanda ilə səfərdə qarşılaşıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda hesabı açan futbolçumuzun komandası bu üstünlüyünü sonadək qoruyub. Beləcə, 1:0 hesablı qələbə qazanan “Tondela” yarımfinala yüksəlib.

Renat bu görüşün əlavə vaxtında – 95-ci dəqiqədə meydana buraxılıb. Dadaşov meydana çıxandan cəmi bir dəqiqə sonra fərqlənməklə komandasına qələbə gətirən qola imza atıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.