Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 12-ci turu çərçivəsində “Sportinq”lə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətlə üzləşib.
Renat komandasının start heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Tondela” 12 turdan sonra 12 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


