“Renn”in futbolçusu skuterlə 51 yaşlı qadını vurub öldürdü

Fransanın “Renn” klubunun adı açıqlanmayan futbolçusu elektrikli skuterlə yürüşü zamanı 51 yaşlı qadını vuraraq öldürüb.

Arena.az bu barədə “RMC Sports” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hadisə zamanı skuterdə iki gənc olub. İkinci sərnişinin azyaşlı olduğu və eyni zamanda “Renn” futbol akademiyasında məşğul olduğu bildirilir. İş üzrə təqsirləndirilən şəxslərdə spirtli içki və ya narkotik sərxoşluğu izləri aşkar edilməyib. Hadisə iyunun 18-də baş verib, qadın bir neçə gün sonra dünyasını dəyişib.

Vurğulanır ki, elektrikli skuteri idarə etmiş 18 yaşlı futbolçu ehtiyatsızlıqdan bilmədən adam öldürmə işi üzrə təqsirli bilinərək, hazrıda həbsdədir. İstintaq maraqları səbəbilə gəncin şəxsiyyəti açıqlanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: