Roberto Mançini: “Mançester Siti” təqsirli deyil”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Mançester Siti” ilə bağlı maliyyə pozuntuları işi üzrə qərara münasibət bildirib.

Arena.az xəbər verir ki, müstəqil komissiyanın İngiltərə klubunu Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamın 114-də təqsirli bildirdiyi barədə məlumatlar yayılıb.

Mançini isə məsələnin onun məsuliyyət dairəsinə aid olmadığını deyib:

“Bu məsələ mənim məsuliyyət dairəmdən kənardadır və burada prinsipial olaraq yeni heç nə yoxdur. “Mançester Siti” təqsirli deyil. İkili müqavilədən söhbət gedirsə, bu artıq mənim məsuliyyət sahəm deyil, belə demək mümkündürsə, onların məsuliyyətidir”, – deyə Mançininin sözlərini “Football Italia” yayıb.

Qeyd edək ki, Roberto Mançini 2009-2013-cü illərdə “Mançester Siti”yə rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə komanda 2011/2012-ci illər mövsümündə İngiltərə çempionu olub, 2010/2011-ci illər mövsümündə İngiltərə Kubokunu, 2012-ci ildə isə İngiltərə Super Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: