Robin Olsen Bakıdakı darmadağını şərh etdi

İsveç yığmasının qapıçısı Robin Olsen AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper Bakıda 0:3 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Utanmalıyıq. Şəxsən mən bu nəticəyə görə utanıram. Oyundan sonra çox qəzəbli idim. Amma baş verənlər orada qalmalıdır. Belə nəticədən sonra burada olmaq cəhənnəm kimi ağrıdır. Mətbuatda yazılanları oxumayacağam, ancaq ciddi tənqidlər gözləyirəm. Çünki buna layiqik”.

İsveç yığmasının yarımmüdafiəçisi Viktor Klaesson da Azərbaycan millisinə ağır məğlubiyyətlə bağlı fikirlərini bölüşüb:

“Bu məğlubiyyət utancvericidir. İndiyə qədər beynəlxalq oyunlarda belə halla üzləşməmişdim. Azərbaycanlı futbolçular bütün duelləri, ikinci topları qazandılar. Onlar bizdən daha motivasiyalı idilər. Bu da nəticəyə təsir edən əsas amil oldu”.

İsveç millisinin hücumçusu Viktor Qyökeres isə darmadağını belə şərh edib:

“Bu fəlakət idi, belə şey baş verməməli idi. Rəqib ilk 6 dəqiqədə iki qol vurdu. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.

Xatırladaq ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Milli komandamız son turda Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki qarşılaşma noyabrın 19-da baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: