“Roma” azarkeşi Trampa sui-qəsd cəhdində ittiham edildi

Ağ Evin jurnalistləri italyan jurnalist, “Roma” azarkeşi Marko Violini ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə ittiham ediblər.

Arena.az “OpenOnline” internet-nəşrinə istinadən məlumat verir ki, müvafiq ittiam Ağ Evin jurnalistlərinin buraxdığı “quş” – təsadüfü səhv nəticəsində, diqqətsizlikdən gerçək məlumat adı altında yayımlanaraq, aləmi bir-birinə qatıb.

Mənbənin məlumatına görə, yazıq Violi gecə yarısı çoxlu sayda bildirişlər aldığından oyanıb. O, bildirişlərin məzmunundan xəbərdar olduqdan sonra isə yuxusu ərşə çəkilib. Bildiriş müəllifləri “canavarlar”ın azarkeşi olan jurnalstə sosial şəbəkələrdə yazmağa başlayıblar ki, ABŞ-ın Pensilvaniya ştatında seçki tədbirində çıxışı zamanı prezidentliyə namizəd Donald Trampı öldürməyə məhz o cəhd edib.

Məlum olub ki, bu barədə məlumatı ABŞ-da jurnalistlər yayaraq, Trampa atəş açdığı iddia edilən şəxsin – Mark Violetsin adını çəkərək, məlumata italiyan jurnalist Marko Violinin fotoşəklini əlavə ediblər. Şəkillə tamamlanmış müvafiq məlumat hətta televiziyada “Atıcı öldürüldü” başlığı ilə yayımlanıb.

Xatırladaq ki, Donald Tramp Pensilvaniyada keçirilən görüşdə qulağından güllə yarası alıb. Hadisə iyulun 13-dən 14-nə keçən gecə baş verib. Siyasətçi tibbi müayinədən keçib. Yaralı Trampın səhhəti üçün hazırda təhlükə yoxdur. Hadisədən bir neçə saat sonra Tramp artıq ictimaiyyət qarşısına çıxıb və alqışlarla qarşılanıb.

ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində bir neçə nəfər yaralanıb.

ABŞ qanunlarına əsasən, Marko Violinin aldığı mənəvi zərbə müqabilində məhkəmə iddiası qaldıraraq, təzminat tələb etmək hüququ var. Təxmin edilir ki, bu məsələ qaydasında nizamlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: