Ronaldonun xanımı dini baxışları haqda şəkil paylaşdı

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges özünün dini baxışları haqda şəkil paylaşıb.

Arena.az məlumat verir ki, Corcina özünün “Instagram” sosial şəbəkə hesabında İsa Məsihin çarmıxa gərildiyi məzmunda xaçın şəklini yerləşdirib.

Corcina arxa mənzərəsində İsanın xaça gərilməsi əks edilmiş şəklin ön mənzərəsində ovcunda həmin məzmuna kiçik bir xaç tutaraq, şəkli “həmişə əlim altındadır”, yazısı ilə şərh edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: