“Səbail” 2024-cü ildə ilk məşqə çıxdı

“Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün qalan hissəsi üçün hazırlığa start verib.

Arena.az xəbər verir ki, bu gün “Bayıl Arena”da bir araya gələn sözügedən komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında yeni ildə ilk məşqini keçirib.

Xatırladaq ki, “Səbail” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Miracle Resort” hotelində məskunlaşacaq komanda qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək. Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Kluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: