“Səbail” – “Qəbələ” matçının başlama saatı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək “Səbail” – “Qəbələ” oyununun başlama saatı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, “Bayıl Arena”nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün qarşılaşmanın vaxtında dəyişiklik olub. “Səbail”in vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən, “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırılıb. PFL-in yekun qərarına əsasən, əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün günü və məkanı eyni saxlanılmaq şərti ilə saat 13:00-da başlamasına qərar verilib.

Xatırladaq ki, “Səbail” – “Qəbələ” matçı dekabrın 15-də baş tutacaq.

Premyer Liqada 16 turdan sonra paytaxt təmsilçisi 23 xalla 5-ci, Qəbələnin eyniadlı klubu isə 11 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: